Laçında su elektrik stansiyası tikilir – İşlər yekunlaşır

11:34 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparılır və işlərin bitməsinə az müddət qalıb.

ABC.AZ-ın məlumatına görə, eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.

Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb.

Bunun üçün işə xüsusi briqdalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib. İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.

 

Bütün xəbərlər