330x100
 

Naxçıvanda sənaye məhsullarının ixracı bu qədər artıb – Hesabat

14.01.2021,12:29


14 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı  1,1% böyüyüb.

ABC.AZ-ın məlumatına görə, bu o deməkdir ki, ÜDM-in həcmi artıb.

Yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Belə ki, 2020-ci ildə sənaye üzrə 1 milyard 40 milyon 475,9 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin göstəricini 1,4% üstələyir. Qeyd edək ki, ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min ABŞ dolları ixracın payına düşüb, müsbət saldo yaranıb.