Suqovuşanda silah-sursat aşkarlanıb - Foto

14:17 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Tərtər RPŞ-nin əməkdaşları rayonun Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik minaatan silahı, həmin silaha məxsus 72 ədəd mərmi, 5 ədəd 30 mm-lik AQS-17 qumbaraatan silahı, dolu sandığı və sursatı ilə birgə 2 ədəd 12.7 mm-lik PKT, 1 ədəd PK pulemyotu, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket kompleksi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi, 1 ədəd snayper tüfəngi, 2 qutu 12.7 mm-lik patronlar, 1 ədəd əl radiostansiyası və qidalandırıcısı aşkarlayıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, silah-sursat aidiyyatı üzrə təhvil verilib.


Bütün xəbərlər