Ötən ay bahalaşan ərzaqlar – Siyahı

14:25 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. 2020-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olmuş məlumata görə, istehlak qiymətləri indeksi əvvəlki ilin dekabr ayına nisbətən isə 102,6 faiz olub.

2020-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 104,5 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, ucuzlaşma isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində müşahidə olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər