Qonşu ölkədə xarici ticarət dövriyyəsi kəskin azalıb - Hesabat

16:17 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. 2020-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 11,347 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir. Sənədə əsasən, bu, 2019-cu illə müqayisədə 14,8 % azdır.

Ötən il ölkənin ixracının dəyəri 12 % azalaraq 3,342 milyard dollar, idxalının dəyəri isə 15,9 % azalaraq 8,006 milyard dollar olub.

Son nəticədə xarici ticarətdə 4,66 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,1 %-dir.

 

Bütün xəbərlər