Daha bir xarici Bankın Azərbaycandakı ofisi bağlandı

16:27 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Almaniyanın KfW inkişaf bankının Azərbaycandakı ofisi 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, ofisin rəhbəri Natiq Abdullayev bunun səbəbi kimi Azərbaycanda həyata keçirilən layihələrin başa çatmasını göstərib: “Yeni layihələrə və sazişlərə dair danışıqlar aparılmayıb”.

Həmin layihələrdən ötən il başa çatdırılan sonuncusu Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutaraq “Açıq kommunal infrastrukturu proqramı” çərçivəsində hökumətlə birgə həyata keçirilib.

Belə ki, KfW-nin ayırdığı kredit hesabına Şəkinin içməli su tələbatının 60 faizi, Gəncənin isə 40-50 faizi qarşılanacaq. Bu rəqəmləri 100 faizə çatdırmaq üçün qalan işlər dövlət büdcəsi hesabına görülməlidir.

 

Bütün xəbərlər