330x110
 

TANAP Azərbaycana ildə 1,5 milyard dollar gəlir gətirə bilər

14.01.2021,16:41


14 yanvar, Fineko/abc.az. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) tam ötürücülük gücünə çatdıqdan sonra illik ümumi gəlirlərinin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, TANAP tam ötürücülük gücünə çatandan sonra ildə 1,5 milyard ABŞ dollar gəlir gətirə bilər. Onun sözlərinə görə, layihə 2022-ci ildə tam ötürücülük gücünə çatacaq. "TANAP-ın ötürücülük gücü ilbəil artmaqdadır.

TANAP tam gəlirli layihədir. Layihə yatırımçısına böyük pullar qazandıracaq bir layihədir. Xüsusilə də onun payçısı olan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) böyük gəlirlər gətirəcək” deyə S. Düzyol qeyd edib.