330x110
 

Yanvarın 18-nə qədər imtahan tarixləri barədə fikir deməyə ixtiyarım yoxdur-Məleykə Abbaszadə

14.01.2021,17:21


14 yanvar, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanların keçiriləcək vaxtına  münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, M.Abbaszadə bildirib ki, yanvarın 18-nə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarı yoxdur.

“Yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür. Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.