Bu, Ermənistan tərəfinə baha başa gələ bilər – XİN-dən münasibət

10:22 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər.

ABC.AZ xəbər verir ki, bu Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik" deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirmişdi.

 

Bütün xəbərlər