Gürcüstandan Azərbaycan vətəndaşları ölkəmizə təxliyə edilir

11:01 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Bu gün Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının ölkəmizə təxliyəsi həyata keçirilir.

ABC.AZ xəbər verir ki, hazırda təxliyə olunan şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır.

Vətəndaşların koronavirusla bağlı testləri neqativ nəticələnib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı təxliyə olunanlara COVID-19 arayışı təqdim edəndən sonra onlar növbəli şəkildə sərhəd-keçid məntəqəsini keçəcəklər.

 

Bütün xəbərlər