Avropa Bankı üzv ölkələrə 11 mlrd avro investisiya yatırıb

11:18 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə COVID-19 pandemiyası şəraitində 38 üzv ölkəyə 411 layihə üzrə 11 mlrd. avro həcmində investisiya yatırıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, AYİB-in verdiyi məlumata görə, bankın yatırımlarının 2019-cu illə müqayisədə 10% artmasının əsas səbəblərindən biri kimi, üzv ölkələrində bizneslərin COVID-19 pandemiyası ilə mübarizədə daha çox maliyyə köməyinə ehtiyac olması göstərilir.

Bank təkcə özünün ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində bizneslərə 3,3 mlrd. avro ayırıb.

Azərbaycanında yerləşdiyi Şərqi Avropa və Qafqaz regionuna gəldikdə, buraya AYİB-in yatırımları azalıb. 2020-ci ildə sözügedən regionda bank 1,93 mlrd. avroluq investisiya yatırıb ki, bu da 2019-cu il ilə müqayisədə 6,3% azdır.

 

Bütün xəbərlər