İlham Əliyev Türkiyə prezidentinə zəng vurdu

12:43 - 26.02.2018


26 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefon  zəngi edib.

İlham Əliyev Türkiyə prezidentini ad günü münasibətilə təbrik edibi, ona türk xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində möhkəm cansağlığı və uğurlar arzulayıb.

Türkiyə prezidenti İlham Əliyevə diqqət və təbriklər üçün təşəkkür edib və Xocalı soyqırımı nəticəsində ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyib, Azərbaycan prezidentinə və Azərbaycan xalqına başsağlığı verib.

Prezidentlər iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər.

 

 

Bütün xəbərlər