330x110
 

Prezident Füzulidə hava limanının təməlini qoyub

15.01.2021,12:03


15 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

ABC.AZ-ın məlumatına görə, səfər zamanı Prezident İlham Əliyev  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.