Daha 2 yolda xüsusi zolaqlar təşkil edilib - Foto

12:15 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərində yolboyu hər 2 istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək.

Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq.

Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilib. Sürücülərdən xahiş olunur ki, zolaqlarla bağlı yol nişanın tələbinə əməl etsinlər.

 


Bütün xəbərlər