Fevralın 27-də gözlənilən hava haqqında məlumat

26.02.2018,14:08


26 fevral, Fineko/abc.az. Təqdim edilən proqnoza əsasən, sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi  əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə isə, sabah bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Açar sözlər: proqnoz hava