Prezident Xocavəndə də getdi

14:20 - 15.01.2021


15 Yanvar, Fineko/abc.az. Bu gün işğaldan azad edilmiş torpaqlarımıza səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunda da olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb.

Prezident çıxışında Xocavəndin Böyük Tağlar kəndinin ərazisində olduğunu qeyd edib: "Bura Azərbaycandır.

Xocavənd rayonu. Böyük Tağlar kəndinin ərazisi. Gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan ordusu azad edib".

Bütün xəbərlər