330x110
 

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə nələri müzakirə edib?

15.01.2021,14:22


15 yanvar, Fineko/abc.az. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

XİN-dən ABC.AZ-a daxil olan məlumata görə, görüşdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ISESCO tərəfindən dəstəkləndiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı ISESCO tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi Baş direktorun diqqətinə çatdırılıb.

Baş direktor Salim bin Məhəmməd əl-Malik ərazilərlə tanışlıq zamanı buradakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu dağıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümayişi olduğunu qeyd edib.