Gürcüstanda yoluxanlar və ölənlər azaldı - Statistika

14:24 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 1 177 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 26 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2 893 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 837 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 245.789 nəfərə çatıb.

Onlardan 229.196 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər