330x110
 

Azərbaycandan bu ölkəyə pul köçürmələri artıb - 2 dəfədən çox

15.01.2021,14:39


15 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycandan Gürcüstana 53,9 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.

Müqayisə üçün qeyd edək ki, bu 2019-cu ilə nisbətən 2,6 dəfə çoxdur. Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 16,3 mln. dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 13,2% çoxdur.

Müəllif: Elmir Murad