330x110
 

Növbəti 10 ildə Dağlıq Qarabağda azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər - İlham Əliyev

15.01.2021,15:37


15 yanvar, Fineko/abc.az. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər.

Məqsəd bu idi. ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsinin qarşısında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Ulu öndər Heydər Əliyevin dövründə - 1969-1982-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi.

"Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi",- deyə Prezident bildirib.