330x110
 

Son illərdə Azərbaycanda milli ruhda tərbiyə almış gənc nəsil yetişib - İlham Əliyev

15.01.2021,15:52


15 yanvar, Fineko/abc.az. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc  nəsil yetişib.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Cıdır düzündə çıxışında deyib.

O bildirib ki, on yeddi ildir ki, Azərbaycanın rəhbərlik edir: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib".