“Unicapital” yanvar ayında Bakı Fond Birjasının brokerləri sırasında liderdir

15:31 - 26.02.2018


26 fevral, Fineko/abc.az. “Unicapital İnvestisiya şirkəti” ASC yanvar ayında, Bakı Fond Birjasında (BFB) dövlət və korporativ qiymətli kağızlar bazarında brokerlərin renkinqində lider olaraq qalır.

BFB-ın məlumatında deyilir ki, 2018-ci ilin yanvar ayında, göstərilən xidmətlərin həcmlərinə görə brokerlərin renkinqində birinci yerində, 622,367 milyon manat məbləğində xidmətlər göstərən “Unicapital”dır.

İkinci yerdə, 535,64  milyon manat həcmində göstərilən xidmətlərlə,  “PASHA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Üçüncü mövqedə, 483,182  milyon manat həcmində göstərilən xidmətlərlə “Invest-Az İnvestisiya Şirkəti” QSC  yerləşir.

Dördüncü yerə - 368,977  milyon manat həcmində “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Beşinci yeri, 90,01 milyon manat həcmində xidmətlərlə,  “Xalq Kapital İnvestisiya Şirkəti”QSC tutur.

Altıncı yerdə, 58,016 milyon manat həcmində göstərilən xidmətlərlə “PSG Kapital İnvestisiya Şirkəti” QSC-dir.

“Kapital Menecment  İnvestisiya Şirkəti” ASC yanvar ayında ticarətdə iştirak etməmişdir.

2017-ci ildə BFB-da brokerlər arasında lider həmçinin “Unicapital” olmuşdur.

 

2018-ci ilin yanvar ayında göstərilən xidmətlərin həcmi üzrə DQK və KQK bazarında brokerlərin renkinqi
Xidmətlərin həcmi üzrə cari yer Brokerlərin
adları
Broker xidmətlərinin məbləği (AZN)
1 Unicapital 622 367 042,08
2 PASHA Kapital 535 640 547,30
3 Invest-Az 483 182 460,32
4 AzFinance 368 976 804,42
5 Xalq Kapital 90 010 329,36
6 PSG Kapital 58 015 632,19
7 Kapital Menecment ---

 

Bütün xəbərlər