Azərbaycan düyünü ən çox bu ölkədən alır

17:35 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Azərbaycana düyü ixracında Hindistan birinci yerdədir.

ABC.AZ Hindistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bunu səfir Bavitlunq Vanlalvavna səfirliyin Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA) ilə birlikdə Azərbaycana düyü ixrac edən 7 aparıcı şirkətin iştirakı ilə keçirilən onlayn görüşdə deyib.

Səfir B.Vanlalvavna bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq artıb.

O, Azərbaycanın ümumi düyü idxalının 66%-dən çoxunu təmin edərək Hindistanın Azərbaycana düyü ixracında birinci yeri saxladığını bildirib.

 

Bütün xəbərlər