330x110
 

Neft ucuzlaşmaqda davam edir, Brent bir barel üçün $54,58 təşkil edir

18.01.2021,09:52


18 yanvar, Fineko/abc.az. Neft qiymətləri ABŞ dollarının güclənməsi fonunda bazar ertəsi ticarətində azalmağa davam edir.

9:20-də London ICE Futures birjasında keçirilmiş ticarət zamanı Brentin mart fyuçersinin qiyməti barrel başına $0,52 (0,94%), 54,58 dollara düşdü. 15 yanvar fyuçerslərinin nəticələrinə görə, Brentin mart ayına olan fyuçers qiyməti 1,32 (2,34%) – bir barel üçün 55,10 dollara düşdü.

9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,45 (0,86%) – bir barel üçün $51,91-ə düşdü. Yanvarın 15 – də keçirilmiş hərracların nəticələrinə görə, WTI-nin fevral ayına olan  fyuçersi $1,21 (2,26%) - bir barel üçün $52,36 qədər düşüb.

Ötən həftənin yekunlarına görə Brent markalı neft 1,6% ucuzlaşıb, WTI 0,2% bahalaşıb.