330x110
 

İkinci mərhələdə bu sahədə çalışanlar peyvəndlənəcək - Siyahı

18.01.2021,10:29


18 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda bu gündən koronavirus əleyhinə vaksinasiyaya başlanılacaq.

ABC.AZ-ın məlumatına görə, iki mərhələdə aparılacaq peyvəndləmə də birinci səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) aid olan şəxslər, yaşı 50 və daha yuxarı olan və ən az bir xroniki xəstəliyi olanlar, təhsil və sosial sektorda çalışanlara tətbiq olunacaq.

Həmçinin sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərə peyvənd tətbiq ediləcək.

Müəllif: Elmir Murad