Azərbaycanda dövlət əmlakının daha 55 obyekti özəlləşdirməyə çıxarılıb

26.02.2018,16:10


26 fevral, Fineko/abc.az. Fevralın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir ki, hərraca 55 obyekt çıxarılacaq.

“Onlardan  23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir”, -  məlumatda belə deyilir.