Vətən müharibəsi qəhrəmanlarının təqaüdləri ödənilməyə başlanılıb

12:01 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. Yanvarın 1-dən etibarən Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb.

ABC.A xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, ölkədə yarım milyon şəxs müavinət, 1 milyon 250 min nəfər pensiya, 77 min nəfər ailə isə ünvanlı dövlət sosial yardım alır.

A.Kərimov onu da əlavə edib ki, yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq.

 

Bütün xəbərlər