330x110
 

Qonşu ölkədə yoluxmada kəskin azalma – Statistika

18.01.2021,12:04


18 yanvar, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 110 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 25 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2958 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1.643 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 247.915 nəfərə çatıb. Onlardan 234.636 nəfəri isə tam olaraq sağalıb.