330x110
 

VTB (Azərbaycan) müştəriləri ƏDV-nin bir hissəsini bank kartlarına geri ala biləcək

18.01.2021,12:15


18 yanvar, Fineko/abc.az.  VTB (Azərbaycan) müştərilərinə ticarət-servis müəssisələri və ictimai iaşə obyektlərində  ödəniş zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması imkanı verir.

 

Vəsaiti qaytarmaq üçün aşağıdakılar tələb olunur:

  • www.edvgerial.az portalında qeydiyyatdan keçmək
  • Şəxsiyyət vəsiqəsinin FİN-kodunu, doğum tarixi və mobil nömrəni göstərməklə şəxsi kabinet yaratmaq
  • Kassa aparatında verilən çekin üzərindəki 12 simvollu fiskal nömrəni daxil etmək.

 

Toplanmış vəsaitin bank kartına köçürülməsi üçün portalın “Köçürmələr” bölməsində bank kartının 16 simvollu rəqəmini, eləcə də sahibinin ad və soyadını daxil etmək lazımdır. Vəsait karta bir gün ərzində köçürülür. Köçürmə üzrə komissiya 1% təşkil edir.


Ticarət müəssisələrində və ya ictimai iaşə obyektlərində alınmış mallara görə qaytarılan məbləğ nağdsız ödənişlər üçün 15% təşkil edir. ƏDV-nin geri qaytarılan hissəsinin məbləği kassa çeki qeydiyyata alınandan 30 gün sonra portalda əks olunur.

 

Arayış: ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılması AR Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” haqqında fərmanı çərçivəsində həyata keçirilir.

 

Açar sözlər: VTB