Şuşaya çəkilən yol belə olacaq – Foto

14:08 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. Şuşa şəhərinə qədər uzanan avtomobil yolu iri yaşayış məntəqələrindən, həmçinin, məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, yeni layihəyə əsasən, yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir.

İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərinədək 101.5 km-lik yol üzrə iki hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə iki hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.

 


Bütün xəbərlər