Rusiya ən çox polipropileni Azərbaycan şirkətindən alıb – Ötən il

14:21 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olub.

SOCAR-dan ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton təşkil edib.

“SOCAR Polymer” şirkəti tərəfindən ötən il müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton polimer məhsulu ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, bu 2019-cu ilə nisbətdə 58% çoxdur. Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər