330x110
 

Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb - Sergey Lavrov

18.01.2021,15:03


18 yanvar, Fineko/abc.az. Dağlıq Qarabağın Rusiya Federasiyasına daxil edilməsi ilə bağlı demək istərdim ki, Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb.

ABC.AZ-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri  Sergey Lavrov Rusiya XİN-in 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ Ermənistan Respublikası tərəfindən tanınmayıb, bizim isə belə bir niyyətimiz ümumiyyətlə yoxdur:

"Biz bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr arasında və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmalı olduğu faktından çıxış edirik. Rusiya Federasiyasının bu bölgədə sülh, sabitlik və təhlükəsizliyi təmin edəcək bir həll yolunu tapmağa kömək edəcək".