Azərbaycan Mərkəzi Bankı 250 milyon manatlıq notlar satacaq

16:20 - 26.02.2018


26 fevral, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-dan verilən məlumata görə, hərrac fevralın 28-də keçiriləcək.

“Cəmi 250 milyon manat həcmində notlar yerləşdiriləcək, hər birinin nominal dəyəri 100 manatdır. Tədavül müddəti 28 gün təşkil edəcək”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər