330x110
 

Bu şirkətə bir sıra sığorta növü üzrə fəaliyyət göstərməyə icazə verildi - Siyahı

18.01.2021,15:10


18 yanvar, Fineko/abc.az. “Bakı Sığorta” Açıq Səhimdar Cəmiyyətinə (ASC) Daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, növləri üzrə sığorta fəaliyyəti göstərilməsi üçün nəzarət orqanı tərəfindən müvafiq icazə verilib.

İcbari Sığorta Bürosundan ABC.AZ-a daxil olan məlumata görə, “Bakı Sığorta” ASC 25 dekabr 2020-ci il tarixdə 34 № ilə İSB-nin iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

Beləliklə, “Bakı Sığorta” ASC-nin fəaliyyətinə icazə verilmiş icbari sığorta növləri üzrə sığorta şəhadətnamələrinin buraxılması məqsədilə Büronun elektron informasiya sisteminə qoşulması təmin edilib.

Müəllif: Elmir Murad