SOCAR ötən il 56 min metrə yaxın qazma işləri həyata keçirib – Hesabat

15:22 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. SOCAR 2020-ci ildə OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaldıb.

SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, ötən il şirkət tərəfidən 56 min metrə yaxın qazma işləri həyata keçirilib.

Şirkət müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib.

Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər