330x110
 

Qarabağdakı əsirlərin dəyişdirilməsi üçün adlar dəqiqləşdirilir

18.01.2021,15:37


18 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransı keçirilib.

ABC.AZ-ın məlumatına görə, mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağda əsirlərin dəyişdirilməsinə dair son vəziyyət barədə açıqlama verib.

Lavrov qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan hərbçiləri hazırda Qarabağdakı münaqişədən sonra əsirlərin dəyişdirilməsi üçün adların siyahılarını dəqiqləşdirirlər.