330x110
 

Ağdaşda kafe işlədənlər cərimələndi

18.01.2021,15:50


18 yanvar, Fineko/abc.az. Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.

DİN-dən ABC.AZ-a verilən məlumata görə, şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub.

Kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib.

Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.