330x110
 

Neftə tələbatın azalması qaz emalının artımına səbəb olub

18.01.2021,15:55


18 yanvar, Fineko/abc.az. Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 5,9 milyon ton neft emal edilib.

ABC.AZ xəbər verir ki, bu SOCAR-ın ötən illə bağlı yaydığı hesabat tipli məlumatında əksini tapıb.

Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr qaz emal edilib.

Hesabatda qeyd olunub ki, neft məhsullarına tələbatın azalması ilə əlaqədar neft emalında müşahidə olunan nisbi azalma müqabilində qaz emalında 17%-dən çox artım baş verib.

Müəllif: Elmir Murad