330x110
 

Ötən il 125 min ton neft bitumu ixrac edilib - Hesabat

18.01.2021,16:19


18 yanvar, Fineko/abc.az. 2020-ci ildə 125 min ton neft bitumu ixrac edilib.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 10,4 dəfə artım deməkdir.

Məlum olduğu kimi, son onillikdə bitum, əsasən daxili bazarın tələbatına yönləndirilirdi.

2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb.