330x110
 

Prezident Sumqayıtda zavod açılışı etdi – Foto

18.01.2021,16:30


18 yanvar, Fineko/abc.az. Yanvarın 18-də Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodunun açılışını edib.

ABC.AZ-ın məlumatına görə, bu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək.

Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib.

Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.

Dövlət başçısı zavodu işə salıb.