330x110
 

Prezident şüşə tara istehsal edəcək zavaodun təməli qoymasına qatılıb – Foto

18.01.2021,16:42


18 yanvar, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodunun təməli qoyulub.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir.

Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Prezident İlham Əliyev zavodun təməlini qoyub.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.