Yağışla bağlı Bakıda əsas magistral yollarda hərəkət sürəti azaldılıb

11:08 - 13.10.2017


Bakı Nəqliyyat Agentliyi (BNA) yağışla əlaqədar yollarda təhlükəsizlik tədbirlərini həyata keçirir.

BNA-nin məlumatına əsasən, təhlükəsizliyin təmin olunması məqsədi ilə,  Heydər Əliyev prospekti – hava limanı və  Zıx dairəsi – hava limanı magistral yolların bütün hərəkət zolaqlarında sürət həddi 20 km/saat-a qədər endirilmişdir.

“Sürücülərə sürəti ötməmək və sürət məhdudiyyətlərinə riayət etmək tövsiyə edilir”, - məlumatda belə deyilir.

Bütün xəbərlər