330x110
 

Kimsə özünü toxunulmaz hesab etməsin - İlham Əliyev

18.01.2021,17:19


18 yanvar, Fineko/abc.az. Təmizləmə prosesi gedir və gedəcək.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıtda təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı qeyd edib ki, hər kəs bunu bilsin.

"Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin” deyə Prezident vurğulayıb.