330x110
 

Türkiyə vaksin vurulması sayına görə 3 Avropa ölkəsini qabaqladı

19.01.2021,10:17


19 yanvar, Fineko/abc.az. Türkiyədə vətəndaşlara peyvənd tətbiqi sürətlə davam etdirilir.

ABC.AZ xəbər verir ki, proses yanvarın 13-də başlayıb.

İnduyədək artıq 830 min səhiyyə işçisinə vaksin vurulub. Türkiyə 5 gündə əldə olunan nəticəyə görə, Almaniya, İtaliya və Fransanı keçib.

Belə ki, Almaniyada 20 gündə 1 milyon 50 min, Fransada 21 gündə 422 min vətəndaşa peyvənd vurulub.