Azərbaycanın bu ölkələrdən idxalı azalıb – Siyahı

10:45 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycan 3 ölkədən, hər birindən 1 milyard dollardan çox dəyərdə mallar idxal edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycana Rusiyadan 1 milyard 962 milyon 155 min dollarlıq, Türkiyədən 1 milyard 563 milyon 48 min dollarlıq və Çindən 1 milyard 413  milyon 824 min dollarlıq mallar idxal edib.

Ümumilikdə sözügedən ölkələrdən 4 milyard 939 milyon 27 min dollarlıq mallar idxal edilib. 2019-cu illə müqayisədə Rusiya, Türkiyə və Çindən idxal azalıb.

Belə ki, 2019-cu ildə Rusiyadan 2 milyard 290 milyon 219 min dollarlıq, Türkiyədən 1 milyard 646 milyon 801 min dollarlıq, Çindən isə 1 milyard 432 milyon 31 min dollarlıq mallar idxal edilmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər