330x110
 

Sənaye parklarında indiyədək 36 rezident fəaliyyətə başlayıb - Nazir

19.01.2021,11:09


19 yanvar, Fineko/abc.az. Sənaye parklarında 50 rezident qeydiyyata alınıb.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, indiyədək 36 rezident fəaliyyətə başlayıb, 3,5 milyard ABŞ dollarından çox investisiya yatırılıb.

"Sənaye parkları üzrə 3,3 milyard manatlıq satış həyata keçirilib. Satışın 25 faizini ixrac təşkil edir" deyə nazir qeyd edib.