İcbari tibbi sığortanın olduğu ərazilərdə ən çox xidmət göstərilən rayonlar – Siyahı

11:23 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi Xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika Mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri hesabatlara əsasən 2020-ci il ərzində 1 147 834  nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib.

ABC.AZ xəbər verir ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib.

Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib. Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonlarıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər