Sahibkarlarla bağlı bu halda qanunamüvafiq tədbirlər həyata keçiriləcək – Detallar

12:33 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd edilib.

"Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək" deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər