Bakıya qar yağacaq – Proqnoz

14:00 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Bu gün gecə saatlarından yağan qar Respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

ABC.AZ Millli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib.

Bu rayonda qarın hündürlüyü 40 sm-dən artıq olub.

Digər rayonlarda, o cümlədən, Şəki, Gədəbəy, Göygöl, Daşkəsən, Oğuz, Quba, Qusar və digər ərazilərdə qar örtüyünün hündürlüyü 2-15 sm olub.

Xidmətdən bildirilib ki, bu gün gün ərzində əksər rayonlarda yağıntılar davam edəcək. Axşama doğru, ayın 20-də Respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də sulu qarın qarla qarışıq yağması gözlənilir.

Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq.

 

Bütün xəbərlər