Gürcüstanda turizmdən əldə edilən gəlir kəskin azalıb

15:04 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. 2020-ci ildə Gürcüstanın turizmdən əldə etdiyi gəlirlər 541,7 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, bu məbləğ koronavirus pandemiyası səbəbindən illik müqayisədə 84% azalıb.

Gəlirin əsas hissəsi – 427,7 milyon dolları ötən ilin I rübünün payına düşüb.

Keçən il turizmdən ən çox gəlir 193,4 milyon dollar olmaqla yanvar, ən az gəlir isə 8,5 milyon dollar olmaqla aprel ayında qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər